Şənbə 20.04.2024

Çempionlar Liqasında qrup mərhələsinə yüksələn son 3 komanda bəlli oldu (Nəticələr)

Çempionlar Liqasında qrup mərhələsinə yüksələn son 3 komanda bəlli oldu (Nəticələr)

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son 3 matçı keçirilib. “Krasnodar” doğma meydanda 2:1 məğlub etdiyi PAOK-a səfərdə də eyni hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.

İlk görüşdə qələbə qazanmış “Zaltsburq” Avstriyada İsrailin “Makkabi” (Təl-Əviv) komandasını 3:1 məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb.

“Midtyullann” isə Çexiyada qolsuz heç-heçə etdiyi “Slaviya” ilə Danimarkada üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

Qalib komandalar yollarına Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsində davam edəcəklər.

İlk oyun günündə Ukraynanın "Dinamo" (Kiyev), Macarıstanın "Ferentsvaroş" və Yunanıstanın "Olimpiakos" komandaları Çempionlar Liqasının qrup mərhələsinə yüksəliblər.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

PAOK (Yunanıstan) - "Krasnodar" (Rusiya) - 1:2
Qollar: El Kaddouri, 77 - Giannis Michalidis, 73 (avto qol), Remi Kabella, 78
İlk oyun - 1:2

"Zaltsburq" (Avstriya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 3:1
Qol: Patson Daka, 16. 68 Dominik Szoboszlai, 45 - Eden Karzev, 30
İlk oyun - 2:1

"Midtullann" (Danimarka) - "Slaviya" (Praqa, Çexiya) - 4:1
Qollar: Sory Kaba, 65. Şolts (pen), Onyeka, 88. Dreyer, 90 - Peter Olayinka, 3
İlk oyun - 0:0