Şənbə 27.04.2024

"Düdelanj" - "Qarabağ" matçının hakimləri açıqlandı

"Düdelanj" - "Qarabağ" matçının hakimləri açıqlandı

"Qarabağ"ın Lüksemburqda "Dudelanj"la keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı üçün bütün təyinatlar açıqlanıb.

Qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Con Biton olacaq. Ona yan xətdə Daniel Makfarlan və Duqlas Potter köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq "Düdelanj" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Matç "CBC Sport"la canlı yayımlanacaq.