Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilib. Azərbaycan çempionu Polşada "Qarabağ" "Legiya" ilə qarşılaşıb.
Varşavadakı "Wojska Polskiego" stadionunda keçirilən qarşılaşma təmsilimizin üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi olaraq, "Qarabağ" polşalıları 3 cavabsız qolla məğlub edərək ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.
Avropa Liqasında qrup mərhələsinin püşkü sabah - oktyabrın 2-də atılacaq.
Avropa Liqası
Pley-off mərhələsi
1 oktyabr
"Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:3
Qollar: P.Andrade, 50. A.Zubir, 62. F.Ozobiç, 70.
Varşava, "Wojska Polskiego" stadionu.
Hakimlər: Tobias Ştiler, Kristian Qittelmann Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)