news-details
Xəbərlər

Millimizin Monteneqro və Kiprlə oyunlar üçün heyəti açıqlandı

UEFA Millətlərlər Liqasının III turunda Monteneqro, IV turunda isə Kiprlə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi Canni De Byazi siyahıya 25 futbolçu daxil edib.

Sözügedən oyunlara hazırlıq məqsədilə yığmanın təlim-məşq toplanışı oktyabrın 4-də başlayacaq.

Azərbaycan millisi oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqronun qonağı olacaq. Komanda 3 gün sonra Bakı Olimpiya Stadionunda Kipri qəbul edəcək.

Qapıçılar: Emil Balayev ("Qarabağ"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Sumqayıt")

Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ"), Azər Salahlı ("Keşlə"), Bədavi Hüseynov ("Qarabağ"), Abbas Hüseynov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Təmkin Xəlilzadə ("Sabah"), Amin Seydiyev ("Sabah"), Bəhlul Mustafazadə ("Sabah"), Elvin Bədəlov ("Sumqayıt"), Şəhriyar Əliyev ("Keşlə")

Yarımmüdafiəçilər: Vüqar Mustafayev ("Sumqayıt"), Qara Qarayev ("Qarabağ"), İsmayıl İbrahimli ("Qarabağ"), Coşqun Diniyev ("Sabah"), Rəhman Hacıyev ("Keşlə"), Rəhim Sadıxov ("Sumqayıt"), Elvin Camalov ("Zirə"), Namik Ələskərov ("Neftçi")

Hücumçular: Mahir Emreli ("Qarabağ"), Araz Abdullayev ("Boluspor", Türkiyə), Ramil Şeydayev ("Sabah"), Əli Qurbani ("Sumqayıt")

Digər xəbərlər