Cümə 26.04.2024

Avropa Liqası: "Qarabağ"ın qrupdakı rəqibləri bilindi

Avropa Liqası: "Qarabağ"ın qrupdakı rəqibləri bilindi

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə təmsilçimiz “Qarabağ”ın da rəqibləri müəyyənləşib.

Ağdam klubu nüfuzlu turnirdə I qrupunda mübarizə aparacaq.

Qrup I

"Villareal" (ispaniya)
"Qarabağ" (AZƏRBAYCAN)
"Makkabi" (İsrail)
"Sivasspor" (Türkiyə)

Qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.