Şənbə 20.04.2024

Qəbələdə heç-heçə, Zirədə “Neftçi” məğlubiyyətlə üzləşdi (Nəticələr)

Qəbələdə heç-heçə, Zirədə “Neftçi” məğlubiyyətlə üzləşdi (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında daha 2 oyun keçirilib.

Günün ilk matçında "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Ölkə çempionatında indiyədək 31 dəfə üz-üzə gəlmiş tərəflərin duelində "Qəbələ" 18, "Sumqayıt" 4 dəfə qələbə sevinci yaşamışdı. 9 matçda qalib müəyyənləşməmişdi. Budəfəki görüşdə bərabərlik qeydə alınıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün son oyununda isə "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər. Tərəflər indiyədək Premyer Liqada 18 dəfə qarşılaşmışdılar. Bu oyunların 9-da "Zirə", 4-də "Neftçi" qalib gəlmiş, 5 qarşılaşmada isə heç-heçə qeydə alınmışdı. Bugünkü matçın taleyini bir qol həll edib. Qəsəbə təmsilçisi ikinci hissəyə əlavə olunmuş vaxtda David Volkovla sevinib.

Turun açılış oyununda "Keşlə" səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" - "Səbail" matçı isə təxirə salınıb.

3 oktyabr (şənbə)

Azərbaycan Premyer Liqası, V tur

“Qəbələ”– “Sumqayıt” - 1:1
Qollar: R.Utriq, 44 – Ə.Qurbani, 26
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu.

“Zirə” – “Neftçi” - 1:0
Qol: D.Volkov, 90+5
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stdionu.