Cümə 19.04.2024

Millimizin oyunu norveçlilərə tapşırıldı

Millimizin oyunu norveçlilərə tapşırıldı

Azərbaycan U21 millisinin Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Nitrada oynanılacaq matçı Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristoffer Hagenes, köməkçiləri isə Anders Olav Dale və İsaak Elias Skyeset Başevkin olacaq. Dördüncü hakim funksiyasını Rohit Saqqi yerinə yetirəcək.

Oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.