news-details
Xəbərlər

Millimizin üzvü koronavirusa yoluxdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Fərid Nəbiyev millinin toplanışında iştirak edə bilməyəcək.

AFFA-nın saytının verdiyi xəbərə görə, Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən futbolçu bu gün Slovakiyada milli komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində Covid-19 testi verən futbolçunun testi pozitiv nəticələndiyi üçün Çexiyadan Slovakiyaya yollanmayıb.

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq.

Digər xəbərlər