news-details
Xəbərlər

Mahir Emreli millimizin düşərgəsini tərk etdi

"Qarabağ"In futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının Monteneqro və Kiprlə oyunlarına hazırlaşan Azərbaycan yığmasının düşərgəsini tərk edib.

AFFA-nın rəsmi saytınIn məlumatına görə, hücumçu təlim-məşq toplanışında iştirakını dayandırıb. Buna səbəb Emrelinin zədəli olmasıdır. Daha əvvəl isə onun cəza səbəbindən Monteneqro ilə qarşılaşmada iştirak etməyəcəyi müəyyənləşmişdi.

Azərbaycan millisi Monteneqro ilə oktyabrın 10-da Podqoritsada, Kiprlə isə oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində qarşılaşacaq.

Digər xəbərlər