Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq. Milan Obradoviçin baş məşqçi olduğu komanda "Nitra" stadionununda Slovakiyanın qonağı olacaq.
Azərbaycan yığması 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü, Slovakiya isə 6 oyundan sonra 6 xalla 5-ci pillədə qərarlaşıb.
Komandalar arasında Bakıdakı matçda millimiz 2:1 qələbə qazanmışdı.
U-21 komandamız oktyabrın 13-də Qori şəhərində Gürcüstanın qonağı olacaq.
AVRO-2021, seçmə mərhələ
8 oktyabr
18:30. Slovakiya – Azərbaycan
Baş hakim: Kristoffer Hagenes (Norveç)
Nitra. "Nitra" stadionu