news-details
Xəbərlər

Canni De Byazinin mətbuat konfransının vaxtı bilindi

UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 10-da, saat 17:00-da, Podqoritsa şəhərindəki “Gradski Stadion” keçiriləcək Monteneqro – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtını məlum olub. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Hər iki yığmanın baş məşqçilərinin mətbuat konfransları və komandaların açıq məşqləri oyundan bir gün əvvəl keçiriləcək.

Əvvəlcə Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiçin mətbuat konfransı saat 12:45-də keçiriləcək. Azərbaycan millisinin çalışdırıcısı Canni De Byazinin media nümayəndələri ilə görüşü isə saat 16:30-da olacaq.

9 oktyabr

Monteneqro milli komandası
Saat 12:45. Mətbuat konfransı
Saat 11:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 16:30. Mətbuat konfransı
Saat 17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Tədbirlərin saatı yerli vaxtla göstərilib.

Digər xəbərlər