Şənbə 20.04.2024

AVRO-2020: Pley-offun final cütləri dəqiqləşdi

AVRO-2020: Pley-offun final cütləri dəqiqləşdi

AVRO-2020-nin pley-off mərhələsinə start verilib. 16 komanda Avropa çempionatına son 4 vəsiqə uğrunda mübarizə aparıb.

A, B, C və D yolunda hərəsində 2 olmaqla ümumilikdə 8 cütlük yarımfinalda üz-üzə gəlib. Hər qrupun 2 qalibi noyabrın 12-də final mərhələsinə yollanmaq üçün öz aralarında həlledici qarşılaşmaya çıxacaq.

Bu cütlərdə Avropanın 12 şəhərində təşkil olunacaq AVRO-2020-nin son iştirakçıları bilinəcək.

AVRO-2020-nin pley-off mərhələsi

8 oktyabr

A yolu

Bolqarıstan – Macarıstan - 1:3
Qollar: Yomov, 89 – Orban, 17. Kalmar, 47. Nikoliks, 75.

İslandiya – Rumıniya - 2:1
Qollar: Siqurdsson, 16; 35 – Maksim, 62-pen.

B yolu

Bosniya Herseqovina – Şimali İrlandiya - 1:1 (pen 3:4)
Qollar: Kruniç, 14 – Makqinn, 53.

Slovakiya – İrlandiya - 0:0 (pen 4:2)

C yolu

Norveç – Serbiya - 1:2
Qollar: Normann, 88 – Milinkoviç-Saviç, 82; 103.

Şotlandiya – İsrail - 0:0 (pen 5:3)

D yolu

Gürcüstan – Belarus - 1:0
Qol: Okriaşvili, 7-pen.

Şimali Makedoniya – Kosovo - 2:1
Qollar: Kololli, 16 (avtoqol). Velkovski, 33 – Haderqyonay, 29.

Final

12 oktyabr

A yolu
Macarıstan – İslandiya

B yolu
Şimali İrlandiya – Slovakiya

C yolu
Serbiya – Şotlandiya

D yolu
Gürcüstan - Şimali Makedoniya