news-details
Xəbərlər

Millimiz Monteneqroya məğlub oldu

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Canni De Byazinin çalışdırdığı komanda III turda qrup lideri Monteneqronun qonağı olub. Podqoritsa şəhər stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz ilk turda evdə Lüksemburqa 1:2 hesabıyla məğlub olub, Kiprə isə səfərdə qalib gəlib – 1:0.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

10 oktyabr

Monteneqro – Azərbaycan - 2:0
Qollar: S.Yovetiç, 9. İ.İvanoviç, 71.
Podqoritsa. Şəhər stadionu.
Baş hakim: Rikardo Benqoeçea (İspaniya).

Digər xəbərlər