Cümə axşamı 25.04.2024

Azərbaycan - Kipr oyununun hakimləri açıqlandı

Azərbaycan - Kipr oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Kipr matçının təyinatları müəyyənləşib.

Qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Fran Yoviçə İvitsa Modriç və Hrvoye Radiç köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək. Hakim-inspektor Çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan Devid Makdauell Zor olacaq.

Oktyabrın 13-də Albaniyadakı "Elbasan Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq və "CBC Sport"la canlı yayımlanacaq.