news-details
Xəbərlər

De Byazi: “Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik"

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan (2:0) oyunundan sonra hər iki milli komandanın baş məşqçisinin səsləndirdiyi fikirlər:

Canni de Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik. İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq. Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu və yaratdıqları imkandan maksimum istifadə etdi. İlk hissədə daha aşağı tempdə oynadıq. Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik. Maksimin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı bilinmir. Komandamızın kapitanı və vacib oyunçularındandır. Meydanda olduğu müddətdə yaxşı oyun nümayiş etdirdi”.

Faruk Hadcibegiç (Monteneqro milli komandasının baş məşqçisi): “Hər oyunda eksperiment aparmaq olmur. Əvvəlki oyunlarla müqayisədə bu dəfə fərqli oynadıq. Qarşımızda aqressiv futbol təklif edən komanda var idi. Yaxşı oynadığımızı deyə bilmərəm, amma nəticə bizim üçün çox yaxşıdır. Meydançanın istənilən səviyyədə olmaması oyunumuza təsir etdi. Qalib gəlmək vacib idi. Sevindirici haldır ki, əvəzetmələrimiz özünü doğrultdu və lazım olan qələbə qazandıq”.

Digər xəbərlər