Çərşənbə 02.07.2025

Cüdoçularımız reytinq cədvəlinə başçılıq edirlər

Cüdoçularımız reytinq cədvəlinə başçılıq edirlər

Avropa Cüdo İttifaqı qitənin yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandasının iki üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb.

Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) rəqiblərini xeyli qabaqlayaraq 1-ci yeri tuturlar.

2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medal qazanmağa müvəffəq olub.

Daha üç cüdoçu Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) 10-cu pillədə qərarlaşıb.