Şənbə 20.04.2024

Millimiz Kiprlə heç-heçəyə razılaşdı

Millimiz Kiprlə heç-heçəyə razılaşdı

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Canni De Byazinin başçılıq etdiyi kollektiv qrup mərhələsinin IV turunda Kipr millisi ilə qarşılaşıb.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən millimiz rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edib.

Yığmamız bu rəqiblə ikinci oyundan da qalib ayrılmaq niyyətində idi, ancaq bu dəfə heç-heçə ilə kifayətlənib.

UEFA Millətlər Liqası

C liqası, 4-cü tur

13 oktyabr

Azərbaycan – Kipr - 0:0
Matçın 27-ci dəqiqəsində Qara Qarayev penaltidən yararlana bilməyib
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Elbasan (Albaniya). “Elbasan Arena”.