Cümə axşamı 18.04.2024

"Neftçi"dən növbəti transfer

"Neftçi"dən növbəti transfer

"Neftçi” növbəti transferini rəsmiləşdirib. Klubun saytının verdiyi xəbərə görə, albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.

Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub.

Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.