Çərşənbə axşamı 23.04.2024

"Neftçi" və "Sumqayıt"dan çətin qələbə (Nəticələr)

"Neftçi" və "Sumqayıt"dan çətin qələbə (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub. Sonuncu oyun günündə də iki qarşılaşma keçirilib.

“Neftçi” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Görüşün taleyini bir qol həll edib. Namiq Ələsgərov "ağ-qaralar"ı sevindirib.

Turun qapanış matçında isə “Sumqayıt”la “Zirə” üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda "Gənclik şəhəri" təmsilçisi qələbə qazanıb.

İlk oyun günündə “Səbail”lə “Keşlə” heç-heçəyə razılaşıb (1:1), “Qarabağ” isə “Qəbələ”yə böyük hesabla (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası

6-cı tur

18 oktyabr

“Neftçi” – “Sabah” - 1:0
Qol: N.Ələsgərov, 29.
Qırmızı vərəqə: M.Kane, 75 (ikinci sarı).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. “Bakcell Arena”

“Sumqayıt” – “Zirə” - 2:1
Qollar: R.Sadıxov, 30-pen. T.Mütəllimov, 59 – D.Volkov, 35.
Matçın 28-ci dəqiqəsində Ə.Qurbani penaltidən yararlana bilməyib (kənara)
Qırmızı vərəqə: K.Diniyev, 90+4.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. “Kapital Bank Arena”.