news-details
Xəbərlər

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

“Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Bu, VI turun “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib. Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib.

"Köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib.

Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.

Premyer Liqanın lideri olan “Sumqayıt” isə klub tarixinin rekorduna imza atıb. “Gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdir.

Bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur. Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı. “Sumqayıt” bunadək startdakı 6 turda 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.

Digər xəbərlər