news-details
Xəbərlər

“Qarabağ”ın oyunu şotland hakimlərə tapşırıldı

Avropa Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Makkabi” (Təl-Əviv, İsrail) - “Qarabağ” oyununa təyinatlar açıqlanıb.

UEFA görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib. Matçın baş hakimi Con Biton olacaq. Ona yan xətt hakimləri Frensis Konnor və Daniel Makfarlan kömək edəcəksə, dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Hakimlərin işinə serb Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.

Oktyabrın 22-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək və "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər