Cümə axşamı 28.03.2024

“Keşlə” “Neftçi”yə uduzdu, Qəbələdə heç-heçə (Nəticələr)

“Keşlə” “Neftçi”yə uduzdu, Qəbələdə heç-heçə (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib. İlk oyun günündə iki görüş keçirilib.

Turun açılış matçı Qəbələdə təşkil edilib. Turnir cədvəlinin son iki pilləsində qərarlaşan "Səbail" və "Qəbələ" münasibətlərinə aydınlıq gətirib. İki qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Günün digər oyununda isə “Keşlə” “Neftçi”ni qəbul edib. Matçın taleyini bir qol həll edib. "Ağ-qaralar" minimalhesablı qələbəyə sevinib.

İlk dövrənin son turuna sabah keçiriləcək "Sabah" - "Sumqayıt" və "Zirə" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, VII tur

24 oktyabr (şənbə)

“Qəbələ” – “Səbail” - 1:1
Qol: Y.Qoxa, 4 - H.Ekşteyn, 26
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli
Qəbələ şəhər stadionu.

“Keşlə” – “Neftçi” - 0:1
Qol: N.Ələsgərov, 68
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
ASK Arena.