Cümə 19.04.2024

Rüstəm Orucov qızıl medal qazandı, əsgər salamı verdi

Rüstəm Orucov qızıl medal qazandı, əsgər salamı verdi

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Rüstəm nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərini mübarizədən kənarlaşdıraraq finala çıxıb. Cüdoçumuz qızıl medal uğrunda görüşdə İsveçrə idmançısı Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, Rüstəm Orucov Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.

Bu gün Budapeştdə Telman Vəliyev, Hidayət Heydərov və Murad Fətiyev də tatami üzərinə çıxıblar. Cüdoçularımız ilkin mərhələlərdə məğlub olublar. Turnirin ilk günü Orxan Səfərov millimizə bürünc medal qazandırıb.

61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışa oktyabrın 25-i yekun vurulacaq.