Cümə axşamı 28.03.2024

Həbib Nurməhəmmədov karyerasının son döyüşündə qələbə qazandı

Həbib Nurməhəmmədov karyerasının son döyüşündə qələbə qazandı

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib.

Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turnirində təşkil edilib.

Nurməhəmmədov rəqibinə ikinci raundda boğucu fəndlə qalib gəlib. Bununla da o, yüngül çəkidə UFC çempionu titulunu qoruyub.

Peşəkar karyerasında ardıcıl 29-cu qələbəsini qazanan Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu açıqlayıb:

"UFC-dən Castinlə bağlı zəng edəndə anamla 3 gün söhbət etdim. O, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ancaq mən söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi".