news-details
Xəbərlər

“Qarabağ” xal itirdi, “Sumqayıt” liderliyi ələ keçirdi (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub. Sonuncun oyun günündə də iki qarşılaşma keçirilib.

Günün ilk görüşündə “Sabah” “Sumqayıt”la üz-üzə gəlib. 3 qolun vurulduğu matçda "Gənclik şəhəri" təmsilçisi qalib gələrək liderliyi ələ keçirib. Turun və ilk dövrənin qapanış matçında isə son çempion “Qarabağ” səfərdə “Zirə” ilə qolsuz heç-heçə edib.

İlk oyun günündə “Neftçi” “Keşlə”ni səfərdə 1:0 hesabıyla məğlub edib, “Qəbələ” - “Səbail” matçında qalib müəyyənləşməyib - 1:1.

Azərbaycan Premyer Liqası

VII tur

25 oktyabr

“Sabah” – “Sumqayıt” - 1:2
Qollar: C.İmamverdiyev, 64 (avtoqol) - Ə.Qurbani, 27. S.Abdullazadə, 90+5.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”

“Zirə” – “Qarabağ” - 0:0
Qırmızı vərəqə: R.Məmmədov, 68 (ikinci sarı).
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadion

Digər xəbərlər