Cümə 19.04.2024

Millimizin oyunu ilə bağlı UEFA-ya müraciət

Millimizin oyunu ilə bağlı UEFA-ya müraciət

UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan - Monteneqro oyunu neytral meydanda təşkil oluna bilər.

Bu barədə Avropa futbol təşkilatının müvafiq qərarı nəzərə alınaraq, AFFA qarşılaşmanın Xorvatiyanın Zaqreb şəhərində keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib.

Millimiz noyabrın 10-da Lyublyana şəhərində Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirəcək və Zaqrebin təklif olunmasının səbəbi Lyublyanaya yaxın məsafədə yerləşməsidir.

Azərbaycan - Monteneqro oyunu noyabrın 14-də təşkil ediləcək.