Cümə 29.03.2024

UEFA "Qarabağ" - "Vilyarreal" matçının hakimlərini açıqladı

UEFA "Qarabağ" - "Vilyarreal" matçının hakimlərini açıqladı

UEFA Avropa Liqasında I qrupun II turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Vilyarreal" oyununun təyinatları açıqlanıb.

Qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Pavel Orelə Petr Blajey və İrji Krjij köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.

Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqovadır.

UEFA-nın qərarına əsasən, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda təşkil ediləcək.