news-details
Xəbərlər

"Barselona" "İnter"i, "Liverpul" "Zaltsburq"u məğkyb etdi

Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub. Bu gün daha 4 qrupda oyunlar keçirilib.

Turnirin son qalibi "Liverpul" doğma arenasında "Zaltsburq"u qəbul edib. 7 qolun qeydə alındığı görüşdə İngiltərə klubu qələbə qazanıb.

Günün ən diqqətçəkən oyununda "Barselona" "İnter"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. "Napoli" isə "Genk" səfərində heç-heçəyə razılaşıb.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

2 oktyabr

E qrupu

“Genk” (Belçika) – “Napoli” (İtaliya) 0:0

“Liverpul” (İngiltərə) – “Zalsburq” (Avstriya) 4:3
Qollar: Mane, 9. Robertson, 25. Salah, 36; 69 - Hvanq, 39. Minamino, 56. Haland, 60.

F qrupu

“Slaviya” (Çexiya) - “Borussiya” (Dortmund, Almaniya) 0:2
Qollar: Hakimi, 35; 89.

“Barselona” (İspaniya) - “İnter” (İtaliya) 2:1
Qollar: L.Suares, 58; 84 - L.Martines, 3.

G qrupu

“Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) 3:1
Qollar: Dzyuba, 22. Dias, 70 (avtoqol), S.Azmun, 78 - De Tomas, 85.

“Leypsiq” (Almaniya) – “Lion” (Fransa) 0:2
Qollar: Depay, 11. Terrye, 65.

H qrupu

“Valensiya” (İspaniya) – “Ayaks” (Hollandiya) 0:3
Qollar: Ziyeş, 8. Promes, 34. Van de Bek, 67.

“Lill” (Fransa) – “Çelsi” (İngiltərə) 1:2
Qollar: Osimhen, 33 - Abraham, 22. Villian, 78.

Digər xəbərlər