Şənbə 20.04.2024

“Qarabağ” “Vilyarreal”a məğlub oldu

“Qarabağ” “Vilyarreal”a məğlub oldu

“Qarabağ” bu gün Avropa Liqasında növbəti matçına çıxıb. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın “Vilyarreal” klubu ilə üz-üzə gəlib.

Ağdam klubu Azərbaycandakı hərbi vəziyyətlə bağlı rəqibini Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda qəbul edib. Qarşılaşmada hesabı "Qarabağ" açsa da, "Vilyarreal" sonradan vurduğu 3 qolla görüşdən qalib ayrılıb.

Avropa Liqası

İ qrupu

29 oktyabr

“Qarabağ” - “Vilyarreal” - 1:3
Qollar: K.Ovusu, 78 – Y.Pino, 80. P.Alkaser, 85; 90+6-pen.
Baş hakim: Pavel Orel (Çexiya).
İstanbul. “Başakşəhər Fatih Terim” stadionu.