Cümə axşamı 25.04.2024

“Zirə” “Səbail”lə heç-heçə etdi, “Qəbələ” ilk qələbəsini qazandı (Nəticələr)

“Zirə” “Səbail”lə heç-heçə etdi, “Qəbələ” ilk qələbəsini qazandı (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Öncə “Qəbələ” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. 5 xalla sonuncu pillədə qərarlaşan bölgə təmsilçisi 4 oyundur qələbə qazana bilməyən "Sabah"ı qəbul edib və qalib gələrək mövsümdə ilk 3 xalını aktivinə yazdırıb.

Günün digər oyunu “Zirə” ilə “Səbail” arasında təşkil edilib. Tərəflərin cəhdlərinə baxmayaraq, qapılar toxunulmaz qalıb.

Azərbaycan Premyer Liqasında VIII tura noyabrın 1-də keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

31 oktyabr (şənbə)

VIII tur

“Qəbələ” – “Sabah” - 2:1
Qollar: Y.Nəbiyev, 31. N.Raysel, 54 – R.Şeydayev, 80.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu.

“Zirə” –“ Səbail” - 0:0
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu.