Cümə 19.04.2024

"Neftçi" "Sumqayıt"la bərabərə qaldı, "Qarabağ" "Keşlə"ni 6 qolla məğlub etdi (Nəticələr)

"Neftçi" "Sumqayıt"la bərabərə qaldı, "Qarabağ" "Keşlə"ni 6 qolla məğlub etdi (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub. Sonuncu oyun günündə iki görüş keçirilib.

“Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bitib.

Turun qapanış matçında isə son çempion “Qarabağ” “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu rəqibini böyük hesabla məğlub edib.

İlk oyun günündə “Qəbələ” doğma meydanda “Sabah”a 2:1 hesabıyla qalib gəlib, “Zirə” – “Səbail” matçında qapılara qol vurulmayıb.

Azərbaycan Premyer Liqası

VIII tur

1 noyabr

“Sumqayıt” – “Neftçi” - 0:0
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev.
“Sumqayıt Arena”

“Qarabağ” – “Keşlə” - 6:1
Qollar: F.Ozobiç, 4; 60. B.Hüseynov, 12. K.Ovusu, 38. M.Emreli, 65; 89 – V.İsgəndərli, 26.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı.
“Azersun Arena”