Cümə 26.04.2024

"Sivasspor" - "Qarabağ" oyununun hakimləri açıqlandı

"Sivasspor" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Avropa Liqasında qrup mərhələsinin 3-cü turu çərçivəsində Türkiyədə “Sivasspor”la “Qarabağ” arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. UEFA bu qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Joau Pinyeyru olacaq. Ona yan xətt hakimləri Tyaqo Joze Pereyra Kosta və Pedro Ribeyro kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yanko Yoan Vasilitsa yerinə yetirəcək.

Bolqarıstandan olan Georgi Yordanov hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Noyabrın 5-də Sivasdakı “Yeni 4 Eylül” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.