Çərşənbə axşamı 23.04.2024

"Mançester Yunayted" İstanbulda uduzdu, "Barselona" və "Çelsi" qalib gəldi (Nəticələr)

"Mançester Yunayted" İstanbulda uduzdu, "Barselona" və "Çelsi" qalib gəldi (Nəticələr)

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna yekun vurulub. İkinci oyun günündə E, F, G və H qrupları üzrə daha 8 qarşılaşma təşkil edilib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

4 noyabr

E qrupu

“Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya) - 3:2
Qollar: Rakitiç, 42. En Nesiri, 69; 72 – Süleymanov, 17. Berq, 21-pen.

“Çelsi” (İngiltərə) – “Renn” (Fransa) - 3:0
Qollar: Verner, 10-pen; 41-pen. Abraham, 50.

F qrupu

“Zenit” (Rusiya) – “Latsio” (İtaliya) - 1:1
Qollar: Eroxin, 32 – Kaysedo, 82.

“Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3
Qollar: Hazard, 14. Haland, 18; 32.

G qrupu

“Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:1
Qollar: Messi, 5-pen. Pike, 65 – Tsiqankov, 75.

“Ferentsvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya) - 1:4
Qollar: Boli, 90 – Morata, 7; 60. Dibala, 73. Dvali, 81 (avtoqol)

H qrupu

“Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə) - 2:1
Qollar: D.Ba, 13. Vişça, 40 – Marsyal, 43.

“Leyptsiq” (Almaniya) – PSJ (Fransa) - 2:1
Qollar: Nkunku, 42. Forsberq, 56-pen. – Di Maria, 6.