news-details
Xəbərlər

“Qarabağ” “Sivasspor”a da uduzdu

"Qarabağ" komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxıb. Ağdam klubu I qrupunun III turunda Türkiyədə "Sivasspor"un qonağı olub.

"Yeni Sivas 4 Eylül" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aktivində xal olmayan "Qarabağ" hazırda qrupda sonuncu pillədə qərarlaşıb. Bu qrupun digər oyununda "Vilyarreal" evdə "Makkabi" ilə üz-üzə gələcək.

UEFA Avropa Liqası

I qrupu, III tur

"Sivasspor" - "Qarabağ" - 2:0
Qollar: C.Osmanpaşa, 11. O.Kayode, 88.
Hakimlər: Sandro Şörer, Stefan de Almeyda, Bekim Zoqay (İsveçrə)
Dördüncü hakim: Yanku Yoan Vasilitsa (Portuqaliya)
Sivas, "Yeni Sivas 4 Eylül stadionu"

Digər xəbərlər