Çərşənbə 24.04.2024

“Sumqayıt” “Səbail”ə, “Qəbələ” “Keşlə”yə uduzdu (Nəticələr)

“Sumqayıt” “Səbail”ə, “Qəbələ” “Keşlə”yə uduzdu (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Əvvəlcə diqqətlər "ASK Arena"ya yönəlib. Ötən tur “Qarabağ”a böyük hesabla uduzan “Keşlə” “Qəbələ”ni qəbul edib və 3:1 hesablı qələbəyə sevinib. Günün digər oyununda lider "Sumqayıt" "Səbail"in qonağı olub və məğlubiyyətlə üzləşib.

Turun "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" görüşləri noyabrın 8-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

IX tur

7 noyabr

“Keşlə” – “Qəbələ” - 3:1
Qollar: S.M.Kolli, 41. A.Məmmədov, 75-öz qapısına. S.Rodriqes, 90 – N.Raysel, 32
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

“Səbail” – “Sumqayıt” - 2:1
Qollar: R.Əliyev, 42. A.Nağıyev, 77 – R.Sadıxov, 84-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena"