Cümə axşamı 28.03.2024

“Qarabağ” “Neftçi”ni darmadağın etdi, “Sabah”dan ardıcıl 6-cı məğlubiyyət (Nəticələr)

“Qarabağ” “Neftçi”ni darmadağın etdi, “Sabah”dan ardıcıl 6-cı məğlubiyyət (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub. Sonuncu oyun günündə əvvəlcə diqqətlər “Bakcell Arena”ya yönəlib. “Neftçi” və “Qarabağ” komandalarının görüşündə Ağdam klubu əzəli rəqibinə 6 cavabsız qolla qalib gəlib.

Günün sonuncu matçında isə “Sabah” Masazırda “Zirə”ni qəbul edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Ağabala Ramazanovun qolu qonaqlara vacib 3 xal qazandırıb. Bu, Visente Qomesin rəhbərlik etdiyi “Sabah”ın ardıcıl altıncı məğlubiyyətidir.

İlk oyun günündə “Keşlə” “Qəbələ”ni 3:1, “Səbail” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etmişdi.

Azərbaycan Premyer Liqası

IX tur

8 noyabr

“Neftçi” – “Qarabağ” - 0:6
Qollar: F.Ozobiç, 20; 29-pen; 52. M.Emreli, 39. A.Zubir, 50. M.Qurbanlı, 75.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı. “Bakcell Arena”

“Sabah” – “Zirə” - 0:1
Qol: A.Ramazanov, 58.
43-cü dəqiqədə R.Şeydayev penaltidən yararlana bilməyib.
Qırmızı vərəqə: M.Albino, 90 (ikinci sarı).
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
Masazır. “Bank Respublika Arena”