news-details
Xəbərlər

Sloveniya - Azərbaycan oyununun hakimləri açıqlandı

Azərbaycan millisinin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb. Matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Ferents Karako olacaq. Ona Peter Kubor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə sloveniyalı Devid Smayts yerinə yetirəcək.

Noyabrın 11-də təşkil ediləcək Sloveniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər