Cümə axşamı 28.03.2024

Qurban Qurbanov: “Bundan sonra işğal haqda yox, bu zəfər barədə danışacam”

Qurban Qurbanov: “Bundan sonra işğal haqda yox, bu zəfər barədə danışacam”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağın Ermənistanın işğalından azad olunması ilə bağlı açıqlama verib. Klubun mətbuat xidmətinə danışan mütəxəssis, qələbəylə bağlı hisslərini ifadə edib:

“Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbər dünən cənab Ali Baş Komandamız tərəfindən verildi. Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqlarının məsuliyyətini izah edirdim. Bundan sonra işğal haqda yox, bu zəfərdən danışacam.

Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm.

Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbr versin. Gözün aydın olsun, Azərbaycan”.