news-details
Xəbərlər

Azərbaycan futbol ailəsi Prezidentə müraciət etdi

Azərbaycan futbol ailəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

AFFA-nın rəsmi saytının məlumatına görə, müraciətdə torpaqlarımızın azad edilməsi xəbərinin sonsuz sevinc və fərəh hissi ilə qarşılandığı vurğulanıb.

Bildirilib ki, Qarabağ xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacıdır. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyi üçün dövlət başçısı və Azərbaycan Ordusuna futbol ailəsi adından sonsuz minnətdarlıq ifadə olunub.

Müraciətdə daha sonra deyilir: "Sizin siyasi arenada, əsgərlərimizin, zabitlərimizin, bütün hərbi qulluqçularımızın isə cəbhədə inanılmaz fədakarlığı nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Sizin uzaqgörən siyasətiniz dünya azərbaycanlılarını bir daha həmrəy etdi və bu həmrəylik QƏLƏBƏ ilə nəticələndi. Belə bir günlərdə bir millət olaraq hər birimizin Sizin ətrafınızda hər zaman birləşməyimiz gələcək QƏLƏBƏLƏRİMİZİN qarantıdır. Bundan sonra Azərbaycan xalqı üçün qələbə şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsinin həyata keçirilməsinin xoşbəxtliyini yaşayacağıq. #BİZBİRLİKDƏGÜCLÜYÜK!"

Digər xəbərlər