news-details
Xəbərlər

Nikola Yurçeviç millimizə 23 futbolçu dəvət etdi

Azərbaycan millisi oktyabrın 6-da və 7-də Bakıda, 8-də və 9-da Bəhreyndə, ayın 10-dan 13-dək Macarıstanda təlim-məşq toplanışında olacaq. Baş məşqçi Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərib. Yığmamız ayın 9-da Bəhreynlə beynəlxalq yoldaşlıq oyunu keçirəcək, 13-də isə AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emi Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Şəhriyar Əliyev ("Sumqayıt"), Ömər Buludov ("Neftçi"), Abbas Hüseynov, Bədavi Hüseynov (hər ikisi "Qarabağ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Emreli, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Eddi İsrafilov ("Albasete, İspaniya), Cavid Hüseynov ("Zirə"), Rəşad Eyubov ("Sabah")

Hücumçular: Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").

Digər xəbərlər