news-details
Xəbərlər

Millimiz Sloveniya ilə heç-heçə etdi

Bu gün Azərbaycan millisi yoldaşlıq oyununda qüvvəsini sınayıb. Canni De Byazinin komandası Lyublyana şəhərində Sloveniyanın qonağı olub.

Bu, De Byazinin rəhbərliyi altında ilk yoldaşlıq matçı olub. Azərbaycan yığması da tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gəlib. Matç qolsuz bitib.

Millimiz UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 14-də Monteneqro, noyabrın 17-də isə Lüksemburqla görüşəcək.

Yoldaşlıq oyunu

11 noyabr

Sloveniya – Azərbaycan - 0:0
Baş hakim: Ferents Karako (Macarıstan)
Lyublyana. “Stojitse” stadionu

Digər xəbərlər