Cümə axşamı 02.05.2024

AVRO-2020: son 4 vəsiqənin sahibi bəlli oldu (Nəticələr)

AVRO-2020: son 4 vəsiqənin sahibi bəlli oldu (Nəticələr)

Bu gün AVRO-2020-nin pley-off mərhələsində final oyunları keçirilib. A, B, C və D yolunda təşkil edilən həlledici qarşılaşmalardan sonra Avropa çempionatına son 4 vəsiqənin sahibi müəyyənləşib.

AVRO-2020-nin 20 iştirakçısı seçmə mərhələdə müəyyənləşib. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.

Koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionatın oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyunu təşkil olunacaq.

AVRO-2020-nin pley-off mərhələsi

Final

12 noyabr

A liqası
Macarıstan – İslandiya - 2:1
Qollar: Neqo, 88. Soboslai, 90+2 – Siqurdsson, 11

B liqası
Şimali İrlandiya – Slovakiya - 1:2
Qollar: Şkrinyar, 88-öz qapısına – Kuçka, 17. Duriş, 110

C liqası
Serbiya – Şotlandiya - 1:1 (pen 4:5)
Qollar: Yoviç, 90 – Kristie, 52

D liqası
Gürcüstan - Şimali Makedoniya - 0:1
Qol: Pandev, 56