Cümə 19.04.2024

Millimiz Monteneqro ilə heç-heçə etdi

Millimiz Monteneqro ilə heç-heçə etdi

Bu gün Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib. C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz Monteneqro ilə qarşılaşıb.

Canni de Byazinin komandası ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar rəqibini neytral meydanda - Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laylak-İviç” stadionuna qəbul edib. Qarşılaşma qolsuz bitib.

Qrupun digər matçında Lüksemburq Kiprin qonağı olub. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər matçında Lüksemburqla Kipr üz-üzə gələcək.

UEFA Millətlər Liqası

C liqası, 1-ci qrup

14 noyabr

Azərbaycan – Monteneqro 0:0
Qırmızı vərəqə: İ.İvanoviç, 45+1 (ikinci sarı).
Baş hakim: Sergey İvanov (Rusiya).
Zapreşiç (Xorvatiya). "İvan Laylak-İviç" stadionu.