Şənbə 27.04.2024

Millimizin 2 futbolçusunda koronavirus aşkarlandı

Millimizin 2 futbolçusunda koronavirus aşkarlandı

Azərbaycan millisinin iki futbolçusunun verdiyi COVİD-19 testi müsbət çıxıb. Bu barədə məlumatı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla verib:

“Təmkin Xəlilzadə və Rahil Məmmədovun hərarəti var idi. COVİD-19 testləri müsbət nəticələndi. Bu səbəbdən də hər iki futbolçu Xorvatiyada özünütəcrid rejimində qaldı. Bu barədə Azərbaycan respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin diqqət mərkəzindədir.

Hər iki futbolçu mütəmadi həkim nəzarəti altındadır. İlk nəticəsi mənfi çıxacaq test qeydə alındıqdan sonra həm Təmkin, həm də Rahil Xorvatiyadan Vətənə dönəcəklər.

Məsələylə bağlı hər iki futbolçunun məxsus olduqları “Sabah” və “Qarabağ” klublarına da müvafiq məlumat verildi. Futbolçuların özünütəcrid rejimində qaldıqları müddət bütün xərcləri AFFA tərəfindən qarşılanır”.