Cümə 29.03.2024

Azərbaycan Kuboku: püşkatma mərasiminin vaxtı açıqlandı

Azərbaycan Kuboku: püşkatma mərasiminin vaxtı açıqlandı

Azərbaycan Kubokunda 2020/21 mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi saytının verdiyi xəbərə görə, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçiləri “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

“CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək.

Saat 13:00-da başlayacaq tədbir Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.