Çərşənbə axşamı 01.07.2025

Cüdoçularımız Avropa çempionatının son günündə 3 medal qazandılar

Cüdoçularımız Avropa çempionatının son günündə 3 medal qazandılar

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu günündə daha 3 cüdoçumuz fəxri kürsüyə qalxıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə türkiyəli Mixael Zqankla, 100 kq-da Zelim Kotsoyev isə bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gəlib. Hər iki cüdoçumuz rəqiblərinə qalib gələrək, bürünc medal qazanıblar.

78 kq-dan yuxarı çəki dərəcəsində yarışan İrina Kindzerska əvvəlcə serbiyalı Milika Zabiçi, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olub. Təmsilçimiz finalda məğlub olaraq gümüş medalla kifayətlənib.

Əvvəlki yarış günlərində Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparıb. Azərbaycan 1 qızıl, 1 gümüş və 3 bürünc medalla ölkə sıralamsında 4-cü olub.