Şənbə 27.04.2024

"Qarabağ" "Düdelanj" səfərində

"Qarabağ" "Düdelanj" səfərində

Bu gün Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi səfərdə Lüksemburqun “Düdelanj” klubu ilə üz-üzə gələcək. Matç "CBC Sport"la canlı yayımlanacaq.

Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmada “Qarabağ” ilk qələbəsini əldə etməyə çalışacaq. Meydan sahibləri isə ardıcıl ikinci qalibiyyətini qazanmağı hədəfləyib.

İlk turda "Qarabağ" evdə İspaniya təmsilçisi “Sevilya”ya uduzub (0:3), “Düdelanj” isə səfərdə Kipr APOEL-inə qalib gəlib – 4:3.

Avropa Liqası

A qrupu

3 oktyabr

23:00. Düdelanj - Qarabağ

Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).

Lüksemburq. “Jozi Bartel” stadionu.