news-details
Xəbərlər

“Sabah” - “Səbail” matçının vaxtı bəlli oldu

Bəzi futbolçuların COVİD-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış "Sabah" - "Səbail" oyununun vaxtı müəyyənləşib. Sözügedən görüş noyabrın 23-də keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Masazırda "Bank Respublika Arena"da təşkil olunacaq oyuna saat 16:00-da start veriləcək.

Digər xəbərlər