• Çərşənbə axşamı, 30 Noyabr 2021
news-details
Xəbərlər

Azərbaycan çempionatlarında ilk dəfə

“Qarabağ” Premyer Liqada ardıcıl 3-cü dəfə bir oyunda 6 qol vurub. VIII turda “Keşlə”ni 6:1, IX turda “Neftçi”ni 6:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə “Sumqayıt”la görüşdə məhsuldarlıq nümayiş etdirib – 6:1.

Peşəkar Futbol Liqasının verdiyi məlumata görə, Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatları tarixində ilkə imza atıb. 1992-ci ildən keçirilən yarışda indiyədək heç bir klub ardıcıl 3 görüşdə 6 və ya daha çox qol vurmayıb.

5 dəfə eyni komanda ardıcıl iki matçda bunu bacarsa da, seriyanı 3-ə çatdıra bilməyib. “Neftçi” iki, “Viləş” və Sumqayıt “Xəzər”i bir dəfə 1992-ci ildə belə məhsuldarlıq göstərib. Sonuncu belə hadisə 2004/05 mövsümünün ikinci yarısına təsadüf olunub. “Bakı” “Göyəzən”i 6:0, “Bakılı”nı 7:2 hesabı ilə üstələyib.

Digər xəbərlər