• Çərşənbə axşamı, 26 Yanvar 2021
news-details
Xəbərlər

Azərbaycan Kuboku: yeni mövsümün püşkü atıldı

Bu gün Azərbaycan Kubokunda 2020/21 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir "CBC Sport"la canlı yayımlanıb.

Azərbaycan ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə tədbir klub və KİV nümayəndələri üçün qapalı olub.

Püşkatmada 12 klub iştirak edib. Bunlar 1/8 finaldan azad olan “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”la yanaşı “Zirə”, “Sabah”, “Səbail”, “Qəbələ”, I Divizion təmsilçiləri “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan”dır.

Qeyd edək ki, 1/8 final dekabrın 24-də, 1/4 final 2021-ci il fevralın 1-2-də və 6-7-də, yarımfinal aprelin 21-də və 29-da, final mayın 28-də keçiriləcək.

Azərbaycan Kuboku

1/8 final

1. “Səbail” - “Zaqatala”
2. “Turan Tovuz” - “Qəbələ”
3. “Sabah” - “Kəpəz”
4. “Qaradağ Lökbatan” - “Zirə”

1/4 final

5. “Sumqayıt” - 1-ci cütün qalibi
6. “Qarabağ” - 2-ci cütün qalibi
7. “Keşlə” - 3-cü cütün qalibi
8. “Neftçi” - 4-cü cütün qalibi

Digər xəbərlər